Banker.azın ötən həftə verdiyi məlumata görə, KapitalBank Azərbaycan bank bazarı üçün yeni bir məhsulunu buraxmışdır.
Bu kart digər kartlardan fərqli fiziki xüsusiyyətə malikdir. Belə ki, bu kartların pəstahları mifare texnologiyalı olduğu üçün, onları ödəniş kartı kimi istifadədən əlavə turniketdən keçid üçün də istifadə etmək mümkündür. Beləliklə universitetə, eyni zamanda universitet daxilində kitabxana və s. yerlərə daxil olmaq üçün tələbələrə icazələrin verilməsi və onların qeydiyyata alınmasında bu kartlar yardımçı olacaqdır.
Həmçinin, KapitalBankın BirBank mobil tətbiqinə bu kartları əlavə etməklə tətbiqin bütün xidmətlərindən yararlanmaq mümkündür, bu kartlara cash-in əməliyyatları (Kapital Banka məxsus ATM-lərdə karta mədaxil) pulsuzdur.
Məlumat üçün bildirək ki, bu kartlar tələbələrə pulsuz təqdim ediləcək. Universitetdən təqaüd alan tələbələrin təqaüdləridə məhz bu kartlara köçürüləcəkdir.







