“Kapital Bank” ASC-nin bank olmayan kredit təşkilatının nizamnamə kapitalı bir qədər də artırılmaqla 8.5 mln. manatı ötüb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, “BirKart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 800 000 manat, yaxud 10.34% artırılmaqla 8 540 000 manata çatdırılıb.
BirKart BOKT haqında
“BirKart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir. BOKT-un 29 mərkəzi fəaliyyət göstərir.
BOKT innovativ layihələri gerçəkləşdirən “Competo” MMC şirkətində pay alıb. “Competo” MMC-nin səhmlərinin 25%-i, yaxud 50 min manat həcmini əldə edib. Bu alış-veriş 2020-ci ilin martında gerçəkləşib.
Tarix | Artım həcmi aylarla, manatla |
Yanvar 2021 | 950 000 |
Aprel 2021 | 1 075 000 |
İyul 2021 | 725 000 |
Oktyabr 2021 | 950 000 |
2021-ci ildə artım həcmi | 3 700 000 |