-1 C
Baku
Sunday, December 15, 2024

“Kapital Bank”ın törəməsi “BirKart BOKT”un nizamnamə kapitalı yenidən artırıldı

“Kapital Bank” ASC-nin bank olmayan kredit təşkilatının nizamnamə kapitalı bir qədər də artırılmaqla 8.5 mln. manatı ötüb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “BirKart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı  800 000 manat, yaxud 10.34% artırılmaqla  8 540 000 manata çatdırılıb.

BirKart BOKT haqında

“BirKart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir. BOKT-un 29 mərkəzi fəaliyyət göstərir.

BOKT innovativ layihələri gerçəkləşdirən “Competo” MMC şirkətində pay alıb. “Competo” MMC-nin səhmlərinin 25%-i, yaxud 50 min manat həcmini əldə edib. Bu alış-veriş 2020-ci ilin martında gerçəkləşib.

                           Tarix Artım həcmi aylarla, manatla
Yanvar 2021 950 000
Aprel 2021 1 075 000
İyul 2021 725 000
Oktyabr 2021 950 000
2021-ci ildə artım həcmi 3 700 000

 

 

 

Son xəbərlər
Digər xəbərlər