11 C
Baku
Tuesday, November 5, 2024

“Kapital Bank”ın törəməsi “Umico”da pay aldı

“Kapital Bank” ASC-nin törəmə şirkəti “BirKart BOKT” MMC innovativ layihələri gerçəkləşdirən şirkətdə pay alıb.

Banker.az xəbər verir ki, “BirKart BOKT” ana şirkət sayılan “PASHA Holding”in törəmə şirkəti olan “Competo” MMC-nin səhmlərinin 25%-i, yaxud 50 min manat həcmini əldə edib. Bu alış-veriş 2020-ci ilin martında gerçəkləşib.

Qeyd edək ki, “Competo” 2018-ci ilin fevralında təsis edilib, hazırda 20.1 milyon manat nizamnamə kapitalına sahibdir. Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunmuşdur.

“Competo” şirkətinin məqsədi şirkətlərə yeni həllər tapmaqda və innovativ İT layihələri və alətləri vasitəsilə öz mənfəətlərini artırmaqda kömək etməkdir. Şirkət elektron ticarət, rəqəmsal marketinq, sifarişçilərlə əlaqələrin idarə olunması (CRM) və məlumat təhlili və emalı, habelə pərakəndə satış sahəsində ödəniş texnologiyaları və İT-inteqrasiya mexanizmlərinin inkişafı sahələrində ixtisaslaşıb.

Son xəbərlər
Digər xəbərlər