12 C
Baku
Saturday, November 23, 2024

“Kapital Bank”ın “Umico”dakı payı yarıya çatır

“Kapital Bank” ASC-yə məxsus olan “BirKart” BOKT MMC 2023-cü il ərzində “Competo” MMC-yə 21.88 milyon manat məbləğində əlavə investisiya edib.

Bu, Banker.az-ın əldə etdiyi məlumatlarda qeyd edilir.

Məlumata əsasən, 31 dekabr 2023-cü il tarixinə asılı müəssisənin ümumi investisiyasının cəmi dəyəri 33.89 milyon manat təşkil edib. Məsələn, bu, 2022-ci ildə 12.02 mln. manat idi.

Beləliklə, Bankın törəmə şirkəti “BirKart” BOKT-nin “Competo” MMC-dəki payı 25 faizdən 48 faizədək artıb.

“Competo” MMC (Umico) — 2018-ci ildə təsis edilib. Pərakəndə banklar və riteyl şirkətlər ilə əməkdaşlıq edən və ən müasir maliyyə və İT texnologiyaları əsasında fiziki şəxslərə maliyyə xidmətlərinin göstərilməsi sahəsində uğurlu biznesin qurulmasına yardım edən yenilikçi şirkətdir.

 

Son xəbərlər
Digər xəbərlər