7 C
Baku
Sunday, December 15, 2024

“Kapital Bank”ın yeni Lökbatan şöbəsi istifadəyə verildi  

Kapital Bank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə ticarət mərkəzində yeni şöbəsini istifadəyə verdi. Müştərilər yeni konsepsiya əsasında təmir edilən şöbədə müasir bank xidmətlərindən istifadə edə bilərlər. Şöbə ilkin olaraq həftə içi saat 09:00-dan 17:00-dək, gələcəkdə isə şənbə və bazar günləri də daxil olmaqla fəaliyyət göstərəcəkdir.

Kapital Bank-ın yeni şöbəsi, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni şöbə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Buzovna və Dəmiryol şöbələri fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı və Göyçay filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 6 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər