Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən “Kapital Bank” ASC-nin “Masallı” şöbəsinin açılmasına icazə verilib. Bu barədə Banker.az-a maliyyə portalına Palatadan xəbər verilir.
Direktorlar Şurasının iclasında “Kapital Bankın”-ın Masallı rayonu, M. Talışxanov prospektində yerləşən “ASAN Xidmət” Mərkəzində “Masallı” şöbəsinin açılması üçün müraciətinə baxılmış və müsbət qərar qəbul edilmişdir.
“Kapital Bank” ASC-nin “Masallı” şöbəsi “ASAN Xidmət” mərkəzində göstərilən xidmətlər üzrə rüsum ödənişlərinin qəbul edilməsi, bölgə sakinlərinə depozitlərin qəbulu, valyuta mübadilə əməliyyatları, hüquqi və fiziki şəxslərə hesabların açılması, klirinq, hesablaşma-kassa və digər bank xidmətləri göstərəcəkdir.