01 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılğı və Bakı Fond Birjasının iştirakı ilə Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar mövzusunda dəyirmi masa keçirilmişdir
Azərbaycan Fond Bazarı iştirakçılarının Asosasiyasının və müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak etdiyi tədbirdə Kapital bazarları vasitəsilə maliyyələşmə, Listinq Məsləhət Proqramı və Kapital bazarlarında investisiyalar mövzusunda geniş təqdimatlar edilmişdir.
Bu kimi tədbirlər “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair “Strateji Yol Xəritəsi”-nə müvafiq olaraq sahiblik düşüncə tərzinin dəyişdirilməsi və kapital bazarlarının təşviqinə xidmət edir.
Sonra Şirkətlərin kapital ehtiyacı və mövcud maliyyələşmə mənbələri, Bakı Fond Birjasında listinqin üstünlükləri və Listinq Məsləhət Proqramına qoşulma, Şirkətlər tərəfindən investisiya qiymətli kağızlarına investisiyalar eləcə də şirkət nümayəndələrini maraqlandıran digər məsələlər ətrafında geniş diskussiyalar aparıldı.
Sonda iştirakçılar tərəfindən bu kimi tədbirlərin mütəmadi keçirilməsi qərara alındı.