Bu gün İqtisadi Şuranın iclasında kapital bazarlarında investorların kompensasiyası mexanizminin yaradılmasına dair təkliflər geniş müzakirə olunub.
Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə Şura üzvlərinin təklifləri də nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.