Kapital çatışmazlığı olan bankların restrukturizasiyasına dair planları hazırlanıb

Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair “Strateji Yol Xəritəsi
Görülmüş işlər barədə qısa məlumat verilib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  “Yarımillik monitorinq və qiymətləndirmə hesabatı” adlı məqləsində deyilir.

Məlumata görə, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 4 faizinin icrası tamamlanmış, 50 faizinin icrası üzrə işlərə başlanılmışdır.01 20170911 Maliyya 1

Bank sektorunun hərtərəfli diaqnostikası aparılmış, kapital çatışmazlığı olan bir sıra bankların restrukturizasiyasına dair tədbirlər planları hazırlanmışdır. Qiymətli kağızlar bazarında listinqi məhdudlaşdıran amillərin təhlili aparılmış, sahiblik düşüncə tərzinin dəyişdirilməsi istiqamətində layihə həyata keçirilmişdir.

Fərdi və institusional investorlara stimulların müəyyən edilməsi, məlumatların açıqlanması və şəffaflığın təmin edilməsi üzrə beynəlxalq təcrübə öyrənilmişdir. Eyni zamanda, xarici investorların yerli maliyyə bazarına çıxış imkanlarının artırılması məqsədilə beynəlxalq depozitar institutları olan “Euroclear” və “Clearstream” tərəfindən aparılan klirinq-hesablaşma sistemlərinin öyrənilməsinə, həmin təşkilatların MDM-ə üzv olması üzrə müzakirələrə başlanılmışdır.02 20170911 Maliyya 2

Banklararası bazarın inkişafını məhdudlaşdıran amillər beynəlxalq təcrübə əsasında təhlil edilmiş, sorğular vasitəsilə bank sektoru nümayəndələrinin banklararası bazar barədə fikirləri öyrənilmişdir. Monetar islahatlar proqramının layihəsi çərçivəsində banklararası bazarın aktivliyinin artırılması istiqamətində tədbirlər nəzərdə tutulmuşdur.

Palatanın əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif tədbirlər təşkil edilmiş, onların xarici tədbirlərdə iştirakı təmin edilmişdir. Eyni zamanda, Palatanın nəzarət subyektlərinin əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması məqsədi ilə Palatanın əməkdaşları tərəfindən mənimsənilmiş beynəlxalq bilik və təcrübənin nəzarət subyektləri əməkdaşlarına təlimlər vasitəsilə ötürülməsi istiqamətində işlər görülmüşdür.

Strateji Xəritədə problem kimi eyd edilir ki, kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası istiqamətində iş aparılmamışdır.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 569-VQD nömrəli Qanununda nəzərdə tutulmuş qaydaların hazırlanması və kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası üzrə işlər sürətləndirilə biləcəyi tövsiyə edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər