11 C
Baku
Monday, November 25, 2024

Kapital ixracı nədir?

Kapital ixracı – pul vəsaitlərinin xarici ölkədə yerləşdirilməsi məqsədilə ölkədən çıxarılmasıdır. Bu ölkə iqtisadiyyatının inkişafı üçün mənfi amildir.

Kapital ixracına səbəb olan cəhətlərə gəldikdə isə aşağıdakı amilləri nümunə olaraq göstərmək mümkündür:

  • Siyasi vəziyyətin qeyri-sabitliyi. Bu halda sahibkarlar öz investisiyaları üçün daha sərfəli mühit axtarmağa başlayır;
  • Ölkədə iqtisadi artımın aşağı səviyyədə olması və bununla əlaqədar olaraq effektiv pul yatırımı imkanının olmaması fonunda vəsait qıtlığının olması;
  • İnflyasiyanın yüksək olması;
  • Milli valyuta üzrə faiz dərəcələrinin aşağı olması. Bu da aktivlərin yüksək faizlə yatırılması mümkün olan əcnəbi valyutaya köçürülməsinə səbəb olur;
  • Yüksək həddə vergi tutulması. Faizlər nə qədər aşağı olarsa dövlət beynəlxalq kapital üçün bir o qədər cəlbedici olar.

Kapital ixracına səbəb olan əsas amil hüquqi qeyri-sabitliyin olmasıdır. Dünyanın əksər ölkələri sərbəst iqtisadiyyat şərtlərində həm kapital ixracatçısı, həm də idxalçısı rolunu oynayır. İxrac həcminə görə lider ölkələr ABŞ, Yaponiya, Almaniya və Böyük Britaniyadır.

Bundan əlavə, kapital ixracının həcminin azaldılması üçün iki üsul vardır. Birincisi, inzibati maneələrin yaradılması və dövlət tənzimlənməsinin yaardılmasıdır. Buraya isə valyuta mənfəətinin tam və yaxud qismən mütləq olaraq satılması, valyuta nəzarəti sisteminin yaradılması və s. daxildir. İkincisi, biznes üçün əlverişli şərtlərin yaradılmasıdır. Buraya isə hüquqi zəmanətlərin təmin edilməsi, iqtisadi sabitlik və artım daxildir.

Son xəbərlər
Digər xəbərlər