“Kapital Menecment”in səhmlərini alan Böyük Britaniya şirkəti Azərbaycanda nümayəndəlik açıb

“Plato Capital İnternational Holdings Limited” şirkəti  Azərbaycanda filial açıb.

Vergilər qəzetinin xüsusi buraxılışına istinadən, filial bu ilin mayın 21-də dövlət qeydiyyatına alınıb.

Hüquqi ünvanı  Bakı şəhəri,  Yasamal rayonu,  Murtuza Muxtarov,  ev 203A, mənzil 37-də yerləşən şirkətin  qanuni  təmsilçisi Mansur Məmmədovdur.

Qeyd edək ki, ötən ilin sonunda Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkəti ləğv prosesində olan “Texnikabank” ASC-nin törəmə müəssisəsi – “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin səhmlərinin 99%-ni alıb.

(APA)

Son xəbərlər
Digər xəbərlər