Azərbaycanda 2025-ci ildə əsas kapitala 21 milyard 737.9 milyon manat investisiya yönəldilib.
Banker.az-ın məlumatına görə, ümumi kapital qoyuluşları müqayisəli qiymətlərlə 2024-cü illə müqayisədə 3.3% azalıb. Faktiki qiymətlərlə investisiyaların həcmi bir il əvvəl 22 milyard 106.3 milyon manat idi.
Ümumi azalmanın fonunda xarici mənbələrdən yönəldilən kapital investisiyaları müqayisəli qiymətlərlə 24% artaraq 4 milyard 201.8 milyon manata çatıb.
Daxili mənbələr hesabına yatırımlar isə 8.2% azalaraq 17 milyard 536.2 milyon manat olub.
Nəticədə xarici mənbələrin ümumi investisiyalardakı payı 19.3%-ə yüksəlib. Daxili investisiyalar isə ümumi kapital qoyuluşlarının 80.7%-ni təşkil edib.







