Kapital qoyuluşlarının 91%-ni şirkətlərin öz vəsaiti və büdcə maliyyələşdirib

Azərbaycanda 2025-ci ildə əsas kapital investisiyalarının 50.7%-i müəssisə və təşkilatların öz vəsaiti hesabına maliyyələşdirilib.

Banker.az-ın məlumatına görə, şirkətlərin öz vəsaiti hesabına kapital qoyuluşları 11 milyard 24.7 milyon manat təşkil edib.

Büdcə vəsaiti hesabına 8 milyard 811.4 milyon manat investisiya yönəldilib. Büdcə vəsaitlərinin ümumi kapital investisiyalarındakı payı 40.5% olub.

Digər maliyyə mənbələri hesabına 1 milyard 901.8 milyon manat və ya ümumi investisiyaların 8.8%-i maliyyələşdirilib.

Beləliklə, müəssisələrin öz vəsaiti ilə büdcə vəsaitlərinin birgə payı 91.2%-ə çatıb. 2024-cü ildə bu iki mənbənin ümumi payı 90.4% təşkil etmişdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər