“Kapital Security” QSC 2024-cü ili 202 032 manat xalis mənfəətlə başa vurub. Əvvəlki ildə şirkətin mənfəəti 209 303 manat olub ki, bu da illik müqayisədə 3.5% azalma deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
31 dekabr 2024-cü il tarixinə “Kapital Security” QSC-nin əsas əməliyyat gəlirləri 5 milyon 105 min manat (2% çox), satışın maya dəyəri 4 milyon 875 min manat, inzibati xərcləri 19 min manat təşkil edib.
Hesabat dövründə QSC-nin cəmi aktivləri 1 milyon 149 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 23% artımdır. Şirkətin cəmi kapitalı 522 min manat, cəmi öhdəlikləri 626 min manat olub.
Xatırladaq ki, “Kapital Security” QSC Bakı şəhəri və Azərbaycan Respublikasının müxtəlif bölgələrində müxtəlif istiqamətlər üzrə mühafizə xidmətinin təşkilini həyata keçirir.