30 C
Baku
Friday, July 19, 2024

Kapital və maliyyə hərəkəti hesabında yaranan 1.6 mlrd. dollar kəsirin səbəbləri açıqlanıb

2024-cü ilin I rübündə cari əməliyyatlar hesabında 1.7 milyard dollar profisitə qarşı kapital və maliyyənin hərəkəti hesabında 1.6 milyard dollar kəsr yaranıb. Bu hesabda kəsrin yaranmasının əsas səbəbi ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır. Yəni bu dövrdə ölkəmizin böyük maliyyə öhdəliklərinin azalması həyata keçirilib.

Bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

O bildirib ki, kapital və maliyyənin hərəkəti hesabı əsasən birbaşa xarici investisiyalar, portfel investisiyalar və digər investisiyalar maddəsindən ibarətdir.

“Dövr ərzində birbaşa xarici investisiyalar maddəsində 346 milyon dollar kəsr yaranıb. Bu kəsrin yaranmasın əsas səbəb ölkəyə qoyulan birbaşa xarici investisiyaların qarşılığında ölkədən çıxarılan kapital repatriasiyası ilə bağlıdır. Hesabat dövründə Azərbaycana 1.5 milyard dollar dəyərində xarici investisiya yatırılıb bunun qarşılığında ölkədən 1.9 milyard dollarlıq kapital repatriasiyası həyata keçirilib. Qeyd edim ki, kapital repatriasiyası elə maliyyə öhdəlikərinin yerinə yetirilməsi deməkdir. Digər amil portfel investisiyaları ilə bağlıdır. Belə ki, ölkə tərəfindən emissiya edilmiş avtobondların vaxtının bitməsi ilə əlaqədar Azərbaycan Höküməti 900 milyon dollar dəyərində qiymətli kağızları geri alıb. Bu isə ölkənin birbaşa xarici borcunun azaldılmasına xidmət edən amildir”.

Samir Nəsirov əlavə edib ki, digər investisiyalar maddəsində həm aktivlərdə, həmdə öhdəliklərdə azalma var. Aktivlərdə ki, azalma Azərbaycan dövləti tərəfindən vaxti ilə ixrac edilmiş mal və xidmətlərin dəyərinin ölkəyə geri ödənilməsi ilə əlaqədardır. Bu rəqəm təxminən 466 milyon dollar təşkil edib. Öhdəliklərdə ki, azalma isə əvvəlki illərdə ölkəyə idxal edilmiş mal və xidmətlərin dəyərinin 800 milyon dollar ödənilməsi ilə bağlıdır.

“Ümumiləşdirsək ölkəmizin maliyyə öhdəliklərinin azalması səbəbindən kapital və maliyyə hərəkəti hesabında kəsir yaranıb.”-deyə AMB rəsmisi qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər