“KapitalBank”dan “PAŞA Holding”ə təyinatla bağlı rəsmi açıqlama verdi.
Bu barədə Banker.az maliyyə portalına Bankdan bildirlir.
Məlumatda deyilir ki, “Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov fevral ayından PAŞA Holding-in Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, “Kapital Bank”ın İdarə Heyəti sədrinin yeni birinci müavini isə hələ təyin olunmayıb. Bu təyinatın bankın Müşahidə Şurasının növbəti iclasında baş verəcəyi gözlənilir.