24 C
Baku
Sunday, July 6, 2025

KapitalBank və Beynəlxalq kredit bazarında şərtləri diktə etməyə başlayır

Azərbaycanın 2 nəhəng bankının aktiv kreditləşməyə keçməsi bütün bazar iştirakçılarında artıq narahatçılıq yaratmağa başlayır. Bu iki bankda təxminən 2-3 milyon əmək haqqı və pensiya kartları cəmlənmişdirki buda öz növbəsində onlara rəqabət üstünlüyü verir.

Hazırda ilkin mərhələ kimi hər iki bank Bakı və regionların bəzilərində əmək haqqı kartından çıxarışların verilməsini pulla həyata keçirməyə başlayıblar. Ekspertlərin fikrincə, bu proses dərinləşməyə  doğru getsə, prosesə Mərkəzi Bank qarışmasa bunun banklar üçün ciddi fəsadları qaçılmazdır.

Qeyd edək ki, 2014 Yanvar ayından etibarən Mərkəzi Bank, bütün təminatsız kreditlər üçün (əsasən istehlak) iş yerindən arayış və ya bankdan əmək haqqı kartının çıxarışını müştəridən tələb etməyi banklara tapşırmışdır.

Son xəbərlər
Digər xəbərlər