“BakuBus” MMC “FX Qrup 88” MMC arasında müqavilə bağlanıb.
Banker.az xəbər verir ki, müqavilədə “İveco” markalı avtobuslara cari ilin sonuna kimi tələb olunan yüksək təzyiqli boruların və birləşmələrin satınalınması nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 906 min 893 manatdır.
Bildirək ki, Nizamnamə kapitalı 10 manat olan “FX QRUP 88” 2017-ci ildə yaradılıb və Pərvin Elxan qızı Əfəndiyeva qanuni təmsilçisidir.