Qobustan Rayon İcra Hakimiyyəti “Cənub Təmir Tikinti-1” MMC ilə müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, müqavilədə Qobustan şəhərində 48 mənzilli 2 bloklu 4 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulub.
Müqavilənin məbləği 2 milyon 935 min 19 manatdır.
Bildirək ki, “Cənub Təmir Tikinti-1” MMC-nin nizamnamə kapitalı 2 manatdır və qanuni təmsilçisi Qüdrət Əmikişiyev İsmət oğludur. Bu şirkət 2018-ci ildə dövlət qeydiyyatına alınıb.