2 C
Baku
Saturday, December 14, 2024

Kapitalizm modelinin dəyişməsi, parçalanma, müharibə və inqilab: dünya iqtisadiyyatını nələr gözləyir?

Zəif iqtisadi artım, aşağı və mənfi faiz dərəcələri, aşağı inflyasiya, uzunmüddətli deflyasiya tənəzzülü və sonsuz durğunluq – dünya iqtisadiyyatının reallığı budur. Dünya iqtisadiyyatının struktur böhranı göründüyündən daha realdır. 

Makroiqtisadi göstəricilər də ürəkaçan deyil. BVF (Beynəlxalq Valyuta Fondu) dünya iqtisadiyyatının dinamikasını zəif və qeyri-sabit kimi qiymətləndirir. Biznesin genişlənməsinə kömək edən məhsuldarlığın artımı, avtomatlaşdırma və rəqəmsallaşdırma, çox baha başa gəlir. Buna baxmayaraq, qlobal bərabərsizliyin artması səbəbindən biznes istehlak tələbinin azalması ilə qarşılaşır ki, nəticədə məhsul normadan artıq istehsal olunur və tənəzzül təhlükəsi daha da güclənir. Qlobal iqtisadiyyatı ayaqda saxlayan tək şey kreditləşmədir. 

Yığılmış borcların həcmi 246 trilyon dollara və ya dünya ÜDM-nun 320%-nə çatıb. Bu, qlobal maliyyə sisteminin sabitliyi üçün əsas təhdidlərdən biridir. 2008-ci il maliyyə böhranından sonra aşkar edilmiş problemlər həll olunmadı, onları sadəcə pul ilə “ört-basdır” etdilər. 

Mərkəzi bankların sıfır faiz dərəcələri monetar sabitləşmə siyasətinin effektivliyini məhdudlaşdırsa da, inkişaf etmiş iqtisadiyyatlar üçün ultra aşağı faiz dərəcələrinin borcu “sərbəst nahar” halına gətirməsi və iqtisadi artımın borcun gəlirlərə nisbətindəki yüksəliş tendensiyasını kompensasiya etməsi fikri doğurdu.

Bu səbəbdən iqtisadçılar elə qənaətə gəldilər ki, faiz dərəcələrinin qalxması mütləq iqtisadi böhrana gətirib çıxaracaqdır. ABŞ-ın Federal Ehtiyatlar Sistemindən (FED) pul siyasətini yumşaltmaq və yeni təşviq tədbirlərini (QE) başlatmaq tələb olunur. Yumşaq pul siyasətinin gözləntiləri daim aşağı faizlər və mərkəzi banklar tərəfindən pul kütləsinin genişlənməsi ilə təsdiqlənməzsə, maliyyə bazarları güclü çöküş və risklərin yenidən qiymətləndirilməsi ilə üzləşəcəkdir.

Məsələn, ABŞ-da qeyri-maliyyə korporasiyalarının borcu ÜDM-un 91%, maliyyə şirkətləri və bankların borcu isə ÜDM-un 81% -ni təşkil edir, investisiya reytinqi aşağı olan şirkətlərin (BBB) yarısı artıq 6 EBITDA kimi kreditora sahibdir ki, bu da risklərin yenidən nəzərdən keçirildiyi zaman onların 1,3 trilyon dollar məbləğində istiqrazlarının “zibil” kateqoriyasına köçürülməsinə səbəb olacaqdır. 

Qlobal miqyasda önümüzdəki illərdə ödəniləcək və ya yenidən maliyyələşdiriləcək “zibil” istiqrazların və kreditlərin həcmi artıq 4 trilyon dolları keçmişdir. Qlobal iqtisadiyyat zəif və qeyri-sabit olsa, korporativ borcların yenidən maliyyələşdirilməsi üçün şərtlər sərtləşəcək və 2024-cü ilə qədər demək olar ki, 5 trilyon dollar istiqraz “zibil” kateqoriyasına aid oluna bilər. 

Hökumətlərin, korporasiyaların və vətəndaşların borcları hesabına iqtisadiyyatı uzun müddət ərzində “ayaq üstə” saxlamaq nəzəri olaraq mümkün olsa da, Dünya bankının araşdırması göstərir ki, borc ÜDM-un 77%-nə çatandan sonra iqtisadi artım yavaşlamağa başlayır və gələcəkdə iqtisadi artımın hər əlavə faizi kreditləşmənin iki faiz qədər artmasını tələb edəcəkdir. Dünya 77% nişanını çoxdan keçib. 

Bundan əlavə, qloballaşma həddinə çatıb. Təbii sənaye artımının potensialı tükənib, xidmət sektoru yeni heç nə yaratmır, kreditləşmə isə zənginlik illüziyasını formalaşdırır. Yaranmış geoiqtisadiyyat vahid qapalı sistemə çevrilib. 

Termodinamika dilindən istifadə etsək, iqtisadi artım zəif olanda kreditləşmənin genişlənməsi “istilik ölümü” nə gətirib çıxarır. Sürətli kredit və emissiya təşviqi entropiyanın, yəni hiperinflyasiyanın artmasına səbəb olacaqdır. Onların hər iksi dünya iqtisadiyyatının çökməsinə səbəb olacaqdır. 

ABŞ-ın Federal Ehtiyatlar Sistemi, Dünya Bankı, Çin Xalq Bankı, Yaponiya Bankı və s. pul siyasətinin yumşaldaraq əlavə vaxt qazanmaq istəyirlər. Onların əsas məqsədi qlobal böhrana hazır olmaqdır. 

Mövcud maliyyə sistemində borcların nəzarətsiz olaraq böyüməsindən daha fəlakətli bir şey var – kredit dəstəyinin azalması prosesi (deleverage). Kredit dəstəyinin azalması prosesi ABŞ-dakı Böyük Depressiyanın (1929-1929) və 20-ci əsrin sonunda Yaponiya iqtisadiyyatının iyirmi illik durğunluğunun əsasını kredit dəstəyinin azalması prosesi təşkil edib. 

Qlobal borc çox böyükdür, inkişaf etmiş ölkələrin mərkəzi bankları aktivləri geri ala bilməyəcəklər (2008-ci ildə olduğu kimi), faiz dərəcələrinin aşağı salınması isə kömək etməyəcək, çünki onlar onsuzda artıq sıfıra və mənfiyə yaxındırlar. 

Kredit pullardan pul yaratmaq tendensiyası müasir superkapitalizmin əsas xüsusiyyətlərindən biridir. Onun gücü və əsas zəifliyi də budur. Qlobal iqtisadiyyatın mövcud strukturun demontajından (“sökülməsindən”) sonra, virtual trilyonların heç bir faydası olmayacaq. Necə ki, kompüter və elektrik enerji olmadıqda diskdə saxladığımız informasiya tamamilə faydasız olur, bu da elə.  

Hadisələrin bir neçə inkişaf variantı vardır. Bu ya kapitalizm modelində dəyişiklik və yeni istehsal texnologiyalarına keçid, ya dünya iqtisadiyyatının təcrid edilmiş zonalara parçalanması, ya hazırkı öhdəlikləri ləğv edəcək dünya müharibəsi, ya da sosial böhran səbəbiylə baş verəcək dünya inqilabı ola bilər. Daha çox birinci varianta üstünlük verilir, lakin onun həyata keçirilməsi üçün ciddi şəkildə fundamental tədqiqatlarla məşğul olmaq və ümumi təhsil səviyyəsini artırmaq tələb olunur. Bunun əsas səbəbi belə bir iqtisadiyyatın ixtisaslı istehlakçılara deyil, yaradıcılara ehtiyac duymasıdır. 



Son xəbərlər
Digər xəbərlər