29 C
Baku
Saturday, July 13, 2024

“Kaprado” dondurmalarını istehsal edən obyektin fəaliyyəti dayandırıldı

Nəzarət tədbirləri çərçivəsində Bakı şəhərinin Səbail rayonu, Neftçilər prospektində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Əmirxan İntiqam oğluna məxsus dondurma emalı və satışı obyektində Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Banker.az xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Obyektdə satışı həyata keçirilən “Kapra” MMC-yə məxsus “Kaprado” əmtəə nişanlı müxtəlif çeşidli dondurma məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində “Enterobacteriaceae” bakteriyasının normadan yüksək olduğu məlum olub.

Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək nöqsanlar aradan qaldırılanadək obyektdə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız dondurma məhsullarının satışının qarşısı alınıb.

Son xəbərlər
Digər xəbərlər