7 C
Baku
Thursday, December 12, 2024

“Karaca”, “Schafer” markaları ilə tanınan şirkət Azərbaycanda ₼10 mln.-luq müəssisə yaratdı – məhsullar istehsal edəcək

Türkiyə kapitallı “Asilsoy” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 27-ə çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatında bildirilir.

Məlumata görə, müəssisədə tava və qazan istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 100 nəfər işlə təmin ediləcək.

İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.

Asilsoy” Tükiyədə metal mətbəx əşyalarının istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Şirkətin məhsulları müxtəlif sifarişçi marka (Karaca, Schafer) adları ilə 15-dən çox ölkəyə ixrac edilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər