Qardaş Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində mindən çox şəxsin həlak olması, 5 mindən çox şəxsin yaralanması ilə dövlətlərlə yanaşı, şirkətlər də Türkiyə üçün yardım kampaniyasına qoşulublar.
Banker.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın sosial şəbəkə hesabında etdiyi çağırışdan sonra, qab-qacaq məhsullarının satışı ilə məşğul olan “Karaca” mağazalar şəbəkəsi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Səninləyəm, Türkiyə!” adlı kampaniyasına qoşularaq qardaş ölkə üçün 5 min manat yardım ayırıb.
İanə Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması üçün humanitar yardım kimi istifadə ediləcək.
Qeyd edək ki, “Karaca”nın bu addımı Türkiyə və Azərbaycanda sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qiymətləndirilib.