10 C
Baku
Thursday, December 12, 2024

Karandaş timsalında insan həyatı…

Karandaş ustası yeni yaratdığı karandaşı qutuya qoymamışdan əvvəl ona bəzi şeylər demək qərarına gəlir: – Həyatda öz missiyana başlamadan əvvəl bilməli olduğun 5 cəhət var. Hər zaman bu qaydaları xatırla və bir gün yaxşı karandaş olduqda belə bunları unutma.

Birincisi: bir çox dahi işlərə imza ata bilərsən, lakin yalnızca kiməsə səni öz əlinə götürməyə icazə verdiyin təqdirdə.

İkincisi: zamanla bir çox ağrılı yonulmalara məruz qalacaqsan. Lakin unutma ki, bu sənin yaxşı karandaş ola bilməyin üçün mütləqdir.

Üçüncüsü: Yol verdiyin səhvləri düzəltmək iqtidarına sahib olacaqsan.

Dördüncüsü: səni nəyin üzərində istifadə edirlərsə etsinlər daim öz izini qoyacaqsan. Vəziyyətindən asılı olmayaraq çəkməyə davam etməlisən.

Beşincisi: sənin ən vacib hissən daim sənin daxilində yerləşəcək.

Son xəbərlər
Digər xəbərlər