7 C
Baku
Şənbə, Yanvar 22, 2022

Karantin dövründə bu sahələrdə çalışanların orta aylıq iş saatları kəskin azalıb – Siyahı

2020-ci ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 131,4 saat təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycanda 2020-ci ilin ilk 6 ayı ərzində ən çox iş saatlarının azalması  təhsil, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və eləcə də turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində olub.

Bu ilin yanvar-iyun aylarında iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarında ən çox azalma təhsil sahəsində qeydə alınıb. İlk altı ayda təhsil işçilərinin orta aylıq iş saatının miqdarı ötən illə müqayisədə 52.4 saat miqdarı azalmaqla 88.8 saata düşüb.

İkinci yerdə ən çox azalma istirahət, əyləncə və incəsənət sahəsindədir ki, burada çalışanların iş saatları 18.5 saat miqdarı azalmaqla 130.8-ə düşüb.

Üçüncü yeri isə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri tutur. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışanların orta aylıq iş saatının miqdarı illik müqayisədə 16.7 saat azalaraq 132.3 saat olub.

st

Son xəbərlər
Oxşar xəbərlər