Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdadır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.
Azərbaycanda da virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi sərtləşdirilib və yeni qadağalar qüvvəyə minib. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddi azaldılıb, bəzi sahələrdə isə iş saatlarının müddəti qısaldılıb.
Banker.az bu dəfə xüsusi karantin rejimində Azərbaycanda fəaliyyət göstərən bankların iş saatlarını araşdırıb.
Ölkəmizdə fəaliyyət göstərən bankların əksəriyyəti 09.00-17.00-a kimi fəaliyyət göstərir. Lakin bir sıra banklarımız da var idi ki, yalnız həftə içi deyil, həm həftə son, həm də 24 saat fəaliyyət göstərirdilər. Ancaq pandemiya ilə əlaqədar olaraq bütün banklar yalnız həftə içi işləyirlər.
Aşağıdakı cədvəldə sizə müştərilərinə xidmət göstərən bankların iş saatlarının siyahısını təqdim edirik: