Araşdırma nəticələri göstərir ki, karantin dövründə asudə vaxtın çoxluğu, informasiya həcminin artması səbəbindən İnternetdə sutkada ən azı, 3 saatdan çox vaxt keçirənlərin sayı ötən illə müqayisədə artıb. Bu nəticə İnternetdə daha çox «oturan» insanların kiberməkandan asılılıq göstəricilərindən biri sayıla bilər.
Banker.az xəbər bu barədə “Business İnsight” tərəfindən aparılan sorğuya istinadən xəbər verir.
Sorğuda iştirak edənlər bu suala verdiyi cavablar göstərir ki, ən azından karantin müddətində dəyərlər dəyişərək yeni həyat tərzi formalaşıb, asudə vaxtda məşğuliyyətlər dəyişib.
Maraqlı tapıntılardan biri odur ki, 3 saata qədər İnternetdə vaxt keçirənlər
arasında paytaxt sakinləri çoxluq təşkil etsə də 4-5 saat və 5 saatdan çox İnternetdə vaxt keçirənlər arasında regionda yaşayanlar daha çoxdur.
Qadınların çox cüzi üstünlüyü ilə demək olar ki, İnternetdə daha çox vaxt keçirmə səviyyəsi qadın və kişilərdə bərabər səviyyədədir. 4-5 saat və 5 saatdan çox İnternetdə vaxt keçirənlər arasında gənclər (18-40 yaş) əzici üstünlüklə 41+ yaş kateqoriyasında olan respondentlərdən daha çoxdur.