Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ildə emissiya edilərək dövriyyəyə buraxılan istiqrazların dəyəri son üç gün ərzində bahalaşıb. Ümumilikdə həm alış həm də satışında $5 bahalaşma müşahidə edilib.
Banker.az-ın maliyyə bazarından əldə etdiyi məlumata görə, 17 aprel tarixində $1010 alış gerçəkləşən bu qiymətli kağızın ötən gün qiyməti $1015 dollara qədər yüksəlib.
Satış qiyməti isə $1040-dan $1045-ə qədər yüksəlib. Bu istiqrazların nominal qiyməti $1000-dir.
Bir çox istər fiziki, isərsə də, hüquqi şəxslər əllərindəki vəsaitlərlə pul qazanmaq üçün bu investisiya alətlərindən istifadə edilir. Pandemiya dövrü ərzində isə bank və BOKT-ların kreditləşmədən verdiyi fasilə səbəbindən artıq bu maliyyə alətlərindən istifadədə maraqlıdır. Bununla həm özlərinin faiz öhdəliklərini qarşılamasında həm də qalan vəsaitlə pul qazanmasına imkan yaradır.
“Hal-hazırda Azərbaycanda SOCAR istiqrazlarının riski nisbətən aşağı riskli və gəlirliliyi ən yüksək olan investisiya alətlərindən biridir. Xarici valyutada 5%-lə istiqraz həddən artıq cəlbedicidir” – deyə, bunu Banker.az-a iqtisadçı Elman Sadıqov deyir.
O hazırda Azərbaycanda bu istiqrazların niyə artmasına aydınlıq gətirərkən bildirir: “Tələb artdığı üçün və təklif də dəyşmədiyi üçün – bilirik ki, bu istiqrazların həcmi artmır, 100 mln. dollarlıq həcmdə də qalır – bu səbəbdən də bu istiqrazların bahalaşması gözlənilən idi. Bu ona imkan verir ki, SOCAR yenidən 3-4% ilə belə istiqraz emissiya etsin. Yenə də artım olacaq”.
Qeyd edək ki, dollar valyutası ilə emissiya edilən bu istiqrazların öncəki həftədə qismən ucuzlaşma müşahidə edilmişdi.







