17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Karantin öncəsi ölkədə bu 10 ərzaq məhsulu bahalaşıb – siyahı

Screen Shot 2021 09 02 at 14.34.20

2020-ci ilin ilk rübündə Azərbaycan ərazisində ən çox bahalaşma (rəsmi olaraq) sarımsaqda qeydə alınıb. Koronavirus (COVID-19) yoluxma təhlükəsizliyinin ilkin profilaktik kimi sarımsağın daha sağlamlıq üçün faydalı olması ilə bağlı ölkə KİV-də dolaşan xəbərlər bu tərəvəzi bəzi hallarda 126% bahalaşdırıb. Müddət keçdikcə isə bir neçə inamlı mənbələrin tibbi bilimlərdən insanlara “həqiqi təsrinin” çatdırması sonarı bu bazar qismən səngiyib. Kəskin artım əsasən mart ayında müşahidə edilən sarımsaq yerli istehsal hesabına başa gələnlərdə olub.

Ortalama bu məhsulun dəyəri isə 4,12 AZN/kq ilə ticarət olunub, bu da öncəki ayla müqayisədə 106% bahalaşma olması deməkdir. Bunu DSK-dən deyilən məlumatda qeyd edilib.

Banker.az bildirir ki, ölkədə virusun təsiri səbəbindən gömrükdən idxal üçün məhdudiyyət olmadığını açıqlansa da xaricdən ölkəyə idxal olunan baş soğanın qiymətində 31% artım müşahidə edilib. Mart ayında 1 kq üçün baş soğanın ortalama 0,82 AZN olub, bu da bir ayda 20,06% artım olması deməkdir.

Bundan əlavə əsas ərzaq məhsulu olan sümüklü mal ətinin 1 kq-nın dəyəri martda 0,6% artmaqla 10,64AZN təşkil edib. Lakin, yerli bazarlarda bu rəqəmin alıcılar tərəfindən bəzi hallarda 13 AZN-ə qədər də yüksəldiyini bildirənlər olub.

Yalnız daxili istehsalla ölçülən qoyun ətinin 1 kq-ı 11,8 AZN qiyməti ilə ticarət olunub, bu son ayda 1,1%-lik artımın olmasıdır. Digər daxili istehsaldan olan kartofun 1 kq-nın dəyəri 4,7% bahalaşmaqla 0,89 AZN dəyərində olub.

Digər ən çox bahalaşan ərzaqlar:

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər