Koronavirus pandemiyasının yayıldığı kəskin vaxtlarda Bakıdan bölgələrə gedən yollarda qurulmuş postların tamamilə sökülməsinə başlanılıb.
Bu gün Şamaxı istiqamətində qurulmuş dəmir konstruksiyaların söküldüyü müşahidə olunub.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, həmin postlar müvəqqəti xarakter daşıyırdı: “Postlar daimi xarakter daşımadığı üçün sökülə bilər”.
Xatırladaq ki, 2020 və 2021-ci illərdə koronavirus pandemiyası səbəbi ilə insanların təmasını azaltmaq üçün paytaxtla bölgələr arasında polis postları qurulmuşdu. Məhdudiyətlər zamanı həmin postlardan yalnız “icaze.e-gov.az” portalında icazəsi və müvafiq xidməti vəsiqəsi olan şəxslər keçə bilirdi.