1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Karantin qaydalarını pozan restoranlar cərimələndi – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 6-da ölkə üzrə 392 ictimai iaşə obyektində 682 monitorinq keçirib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi ‎ rayonu, Mirqasımov küç., ev 37 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Samir Sərhəddin oğluna məxsus “Manqal Dönər” kafesi;

2. Bakı şəhəri, Səbail‎ rayonu, İstiqlaliyyət küçəsi 49, m.16 ünvanında yerləşən, hüquqi şəxs “Group TN” MMC-yə məxsus “Təndir-Məndir” restoranı;

3. Gəncə şəhəri, 4 mikrorayon, ev 23a, mənzil 18 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elvin Mehmandar oğluna məxsus restoran;

4. Gəncə şəhəri, yeni Gəncə qəsəbəsində yerləşən, fiziki şəxs Rzayev İlqar Əmir oğluna məxsus restoran.

Son xəbərlər
Oxşar xəbərlər