Karantin rejimi daha bir ölkədə uzadıldı

Dominikan respublikasında koronavirusa yoluxma hallarının artmağa davam etdiyini nəzərə alan hökumət tətbiq etdiyi məhdudiyyətlərin müddətini daha 45 gün uzadıb.

Bu barədə yerli “Oy” nəşri yazıb.

Qeyd olunub ki, qərar 14 iyul tarixində qüvvəyə minir. Məhdudlaşdırıcı tədbirlər arasında nəqliyyatın və dükanların iş vaxtının azaldılması da var.

Rəsmi məlumatlara görə, Dominikanda 324 mindən çox şəxsdə koronavirus aşkarlanıb, onlardan 3 801 nəfəri ölüb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.