3 C
Baku
Saturday, December 14, 2024

Karantin rejimini pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq – Qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Qeyd edək ki, bundan əvvəl karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırdılar

Son xəbərlər
Digər xəbərlər