Karantin rejiminin bütün tələblərinə nəzarət gücləndiriləcək

Əli Əsədov, FOTO: NK

Koronavirusa yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə, bütün ölkə ərazisində maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndiriləcək.

Bu barədə Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın Respublika müşavirəsində qərar qəbul edilib.

Qərara əsasən, bu sahədə maarifçilik işi genişləndiriləcək.