2 C
Baku
Saturday, December 14, 2024

Karantin rejiminin tələblərinin pozulmasına görə 747.2 min nəfər cərimələnib

Pandemiya dövründə (2020-ci il 14 mart- 2022-ci il 1 yanvar) xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 748,5 min şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.

Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Bildirilib ki, onlardan 747,2 min nəfəri cərimələnib (tibbi maskadan istifadə etmədiklərinə görə 497 min nəfər), 1 286 nəfəri isə həbs edilib. İctimai iaşə obyektlrəi üçün müəyyən olunan iş rejimini pozan 482 şəxsə xəbərdarlıq edilib.

Son xəbərlər
Digər xəbərlər