Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsinə yeni əlavələr edilmiş qanunu təsdiqləyib və tətbiqi ilə bağlı fərman imzalayıb.
Qanunda deyilir,
Azərbaycan Respublikasının Cinayət aşağıdakı məzmunda 139-1-ci maddə əlavə edilsin:
“Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması
139-1.1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda –
iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
139-1.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.