“ACT Azərbaycan” Bakı şəhərində COVID-19 pandemiyasının əhaliyə təsirini öyrənmək məqsədi ilə paytaxt sakinləri arasında müxtəlif istiqamətlər üzrə sorğunun 2-ci mərhələsini həyata keçirib. Sorğuda 400 nəfər respondent iştirak edib.
Banker.az xəbər verir ki, Koronovirus pandemiyası bir çox sahələrə olduğu kimi, ictimai nəqliyyatdan istifadəyə də öz təsirini göstərib.
Taksi istifadəsi
Pandemiyadan öncə taksi xidmətlərindən istifadə edən respondentlərin (69%) demək olar ki, 5-də 1-i (22%) bu aralar taksi xidmətlərindən əvvəlki günlərlə müqayisədə daha çox istifadə etdiklərini bildiriblər. Bununla yanaşı, əksinə, məhz karantin günlərində ictimai nəqliyyata üz tutanlar var (7%). 3% respondent isə karantin müddətində bütün tövsiyələrə əməl edərək, nə ictimai nəqliyyatdan, nə də taksidən istifadə edir. Əksəriyyət isə pandemiya öncəsi davranışına sadiq qalıb – 68%.
Respondentlər karantin dövründə əsasən telefon zəngi vasitəsi ilə sifariş verilən taksilərə üstünlük verir. Tətbiqlə taksi sifarişi nisbətən azdır. Karantin müddətində daha çox *9933 (37 %), *9111 (10 %) və Bolt (8 %) taksi şirkətlərinin xidmətlərindən istifadə olunur. Sorğu zamanı hər 5 respondentdən 1-i isə hansı taksi xidmətindən istifadə etdiyini xatırlaya bilməyib (20%).