26 C
Baku
Wednesday, April 24, 2024

Mühüm artım. Karantində əhali pullarını nağdlaşdırmağı üstün tutub

2020-ci ilin yeddinci ayı ərzində Azərbaycanda bankların POS-terminalları üzrə aparılan əməliyyatların sayında aylıq müqayisədə mühüm eniş müşahidə edilib. Cari ilin iyul ayında ölkə daxilində POS-terminallarla 3 milyon 862 min əməliyyat aparılıb. Bu öncəki iyun ayı ilə müqayisədə 291 min ədəd (7%) az olması anlamına gəlir. Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

POS-terminallarla aparılan bu əməliyyatların həcmi cəm olaraq 142 mln. manat edib ki, bu da 32 mln. manatlıq (18%) azalma deməkdir. POS-terminallarla isə pulun nağdlaşdırılması üzrə 21 min əməliyyat keçirilib, bu da 315 mln. manatlıq bir vəsaiti əhatə edir. Bu isə indiyə qədər ölkəmizdə qeydə alınan ən yüksək rəqəmdən belə 2.5 dəfə çox olması deməkdir. Bildiyimiz kimi, POS-terminallarla nağdlaşdırma daha çox iri həcmli vəsaitlər üzrə aparılır. Çünki, bank ATM-ləri vəsaitlərin çıxarılmasında müəyyən limitlər (2 və 3 min valyuta ekvivalentində) tətbiq edirlər.

Əhali bankomatları üstün tutub

İyul ayı ərzində bankların ATM-ləri vasitəsi ilə 7 milyon 205 min ədədlik bir əməliyyat keçirilib. Əhali 1 mlrd. 787 mln. manat vəsaiti ATM-lərlə nağdlaşdırmağı üstün tutublar. İyulda nağdlaşdırılan vəsaitin həcmi isə öncəki ayla müqayisədə 172 mln. manat və ya 11 faiz artıb.

E-ticarət artımla irəliləyir

Elektron ticarət üzrə ölkə daxili aparılan əməliyyatlar sayındakı artım tendensiyası davam etməkdədir. Məsələn, iyul ayında 5 milyon 984 min ədədlik əməliyyat aparılıb. Bu əməliyyatlar nəticəsində əhali e-ticarətlə 313 mln. manatlıq vəsaitlərini xərcləməli olublar. Lakin, bu rəqəm indiyə qədər ən böyüyü deyil. Hələ, iqtisadiyyatın normal işləkdə olduğu öncəki ilin dekabrında 325 mln. manatla rekord yenilənmişdi.  Sonradan qismən azalmalar olsa da, cari ilin may ayından yenidən bu növ ödənişlərin həcmində artım müşahidə edilməkdədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər