16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Karantindən sonra çimərliklər necə işləyəcək? – RƏSMİ + VİDEO

“Hazırda çimərliklərlə bağlı qaydalar hazırlanır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.

O qeyd edib ki, BŞİH-də bununla bağlı komissiya yaradılıb:

“Çimərliklərdə sosial məsafə saxlamaq lazımdır. Ola bilsin ki, bəzi çimərliklərdə sıxlıq yaransın.

Elektron sistemdən istifadə etmək niyyətindəyik. Bu sistem özünü doğrultsa, vətəndaş evdən çıxmadan çimərlikdə özünə yer sifariş edə bilər”.

E.Əzizov qeyd edib ki, qaydalar yaxın vaxtda ictimaiyyətə açıqlanacaq.

Son xəbərlər
Oxşar xəbərlər