10 C
Baku
Thursday, December 12, 2024

Karantində kiçik, orta və iri sahibkarların satışlarında nağdsız ödənişlərin həcmi kiçilib

Azərbaycanda iri, kiçik, orta və böyük sahibkarlar üzrə malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə pərakəndə ticarət dövriyyəsi 2020-ci ilin ilk yarımilliyində ₼3.75 milyard (manat: ₼) təşkil edib.

Bunun da ₼1.81 milyardı ilk rübdə, ₼1.94 milyardı ikinci rübdə olmuş ticarət dövriyyəsidir. Baxmayaraq ki, ölkədə mikrobizneslərin satışları kəskin şəkildə (ötən gün bununla bağlı yazmışdıq, iki qat azalma vardır) azalıb, bu KOB-larda 7.5 faiz artımla böyüyüb.

KOB-ların satışlarının ₼1.22 milyard manatı ilin ilk yarımilliyində ərzaq məhsulları, içkilər və tütün məhsullarının əhaliyə satdıqları olub. Bu subyektlərin pərakəndə satışında e-ticarət ₼35.5 mln., POS-terminallardan istifadə edərək satışların həcmi isə ₼369.37 mln. olmuşdur. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinin 1 iyul 2020-ci il üzrə göstəricilərinə istinad edir.

Rüblərə nəzər saldıqda Azərbaycanın kiçik, orta və iri sahibkarlıq subyektlərində ərzaq satışlarında sərt karantinin tətbiq edildiyi ikinci rübdə eniş müşahidə edilib. Lakin, bu eniş yenə də kiçik sahibkarlıqda müşahidə edilən rəqəmlərdən fərqli olaraq daha “yumşaq” baş verib.

Ərzaq, içki və tütün məhsullarının satışı – ilk rübdə ₼632 mln., ikinci rübdə ₼583.63 milyon; e-ticarət – ilk rübdə ₼20.5 mln., ikinci rübdə ₼14,981.50 mln.; POS-terminallarda isə ilk rübdə ₼193.45 mln., ikinci rübdə isə  ₼175.93 mln. təşkil etmişdir.

KOB-larda nağdsız, yəni POS terminallarla ödənişlərin payı bütün mülkiyyətlər üzrə ilin ikinci rübündə 9.1% (öncəki rüb: 10.7%) olub.

Bu xüsusi mülkiyyətlərdə isə POS terminallar üzrə ödənişlərin payı 8.5%-ə qədər azalıb: bu ilk rübdə 10.2% idi.

Eləcə də xarici mülkiyyət üzrə sahibkarlıq subyektlərinin satışlarının POS-terminallar üzrə payı 11.3% təşkil edib. Halbuki ilk rübdə 16.8% idi.

Mülkiyyətin növü Sahələr 2020:  1-ci rüb 2020:  2-ci rüb 2020: ilk yarımillik
Bütün mülk. Pərakəndə ticarət dövriyyəsi, ƏDV və aksiz vergisi daxil    1,805,875.70    1,940,750.30    3,746,626.00
ərzaq malları, içkilər və tütün məmulatları üzrə        631,988.30        583,633.60    1,215,621.90
elektron ticarət üzrə          20,503.10          14,981.50          35,484.60
POS – terminal vasitəsilə ödənişlər üzrə        193,449.20        175,924.60        369,373.80
                        –
Dövlət mülkiyyəti Pərakəndə ticarət dövriyyəsi, ƏDV və aksiz vergisi daxil            7,162.50            6,300.00          13,462.50
ərzaq malları, içkilər və tütün məmulatları üzrə            5,057.50            4,727.10            9,784.60
POS – terminal vasitəsilə ödənişlər üzrə                  63.50                  64.90                128.40
                        –
Xüsusi mülkiyyət Pərakəndə ticarət dövriyyəsi, ƏDV və aksiz vergisi daxil    1,443,071.90    1,558,643.70    3,001,715.60
ərzaq malları, içkilər və tütün məmulatları üzrə        474,732.00        453,667.10        928,399.10
elektron ticarət üzrə            1,615.50                683.80            2,299.30
POS – terminal vasitəsilə ödənişlər üzrə        146,622.10        132,784.70        279,406.80
                        –
Xarici  mülkiyyət Pərakəndə ticarət dövriyyəsi, ƏDV və aksiz vergisi daxil        144,672.60        170,287.70        314,960.30
ərzaq malları, içkilər və tütün məmulatları üzrə          67,646.20          64,653.80        132,300.00
elektron ticarət üzrə          14,745.50          13,665.00          28,410.50
POS – terminal vasitəsilə ödənişlər üzrə          24,336.70          19,191.80          43,528.50
                        –
Birgə (xarici qarışıq) mülkiyyət Pərakəndə ticarət dövriyyəsi, ƏDV və aksiz vergisi daxil        210,968.70        205,518.90        416,487.60
ərzaq malları, içkilər və tütün məmulatları üzrə          84,552.60          60,585.60        145,138.20
elektron ticarət üzrə            4,142.10                632.70            4,774.80
POS – terminal vasitəsilə ödənişlər üzrə          22,426.90          23,883.20          46,310.10
Son xəbərlər
Digər xəbərlər