Azərbaycanda bu gün 7 şirkət barəsində karantin rejmində inzibati qayda pozuntusunun barəsində inzibati porotokol tərtib edilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bununla bağlı hüquqi şəxlərin qeydiyyat ünvanları üzrə müvafiq rayon məhkəmələrinə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilən protokolu təqdim edib.
Məlumata görə, şirkətlər bunlardır:
- “Zeytun Pharmaceuticals” MMC
- “Ştutqart” MMC
- “Vimay-Med” MMC
- “Group Tn” MMC
- “Qafqaz İndastri” MMC
- “ASE Asya Afrıka Hızlı Karqo ve Dağıtım” MMC
- “Karusel” MMC
Xatırladaq ki, İXM-nin 211.2-ci maddəsinə əsasən “Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.