23 C
Baku
Friday, April 19, 2024

Karantində texniki baxış və icbari avto-sığortasının müddəti bitən sürücülər nə etməlidir?

Azərbaycanda sərt karantin rejiminin tətbiqi müddətində daha bir çətinliklə üz-üzə qalan avtomobil sürücüləridir.

Belə ki, avtomobillərinin istər icbari sığorta və ya texniki baxış müddətinin bitməsi hazırkı karantində bir qədər çətinləşib. Çünki, buna görə sürücüləri heç bir güzəşt gözləmir.

Məsələn, əgər avtomobilinizin texniki baxışının bitmə tarixi artıq 10 iyulda bitəcəksə, buna görə öncədən hazırlıqlı olmanız məsləhət görülür. Tarix bitdikdən sonra heç bir güzəşt olunmadan cərimələnəcəklər.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi Banker.az-a bildirib ki, bununla bağlı 8103 qısa nömrəsinə icazə götürməklə (maksimum müddət 2 saatdır) diaqnostik mərkəzlərə yaxınlaşa bilərlər.

Bakı şəhərində yaşayanlar bunun üçün Zabrat-Maştağa yolunda yerləşən texniki baxış məntəqəsinə yollanmalıdır.

İş vaxtı: Hər gün  09:00 -dan 18:00-a qədər. Fasilə 13:00-dən 14:00-a qədər.

İcbari sığorta üçün isə sığortaçı şirkətlə əlaqə saxlanıb, yeni müqavilə bağlana bilər.


Texniki baxış üçün texniki tələblər hansılardır:

Qanuna əsasən avtomobil YHQ-un 1 saylı əlavəsində nəzərdə tutulmuş texniki tələblərə cavab verməlidir.

  1. Dəm qazı (Avro 2)
  2. Şinlərin protektoru (1.6 mm)
  3. Avtomomobilin konstruksiyasında nəzərdə tutulubsa,brızqoviklər
  4. Çatsız şüşələr (alın şüşə,yan şüşə və AZS 122-2004 standartına uyğunluq)

5  İşıqların saz vəziyyətdə olması . (İşıqları öncədən servisdə yoxlatdırıb rəsmi kağız alın. Birdən sizə texniki baxış zamanı “işıqlarınız nasazdır” desələr həmin kağız lazım olacaq)

  1. Təhlükəsizlik kəməri
  2. İşlək əyləc sistemi
  3. Yağ və ya yanacaq sızması olmasın.

YHQ 1- saylı əlavəsi ilə burada tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər