“Məhdudlaşdırıcı tədbirlər başlayanda təhsil bu prosesin tətbiq edildiyi ilk sahə oldu. Bu da başadüşüləndir. Xüsusi karantin rejiminin yumşaldılması barədə qərarlar qəbul ediləndə təhsil ilk sırada ola bilməz”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
Təhsil naziri qeyd edib ki, qurum şagirdlərin təhsildən kənarda qalmamasına çalışır:
“Müxtəlif üsullarla şagirdlərin növbəti tədris ilində təhsildən geri qalmamasına çalışacağıq”.