28 C
Baku
Saturday, July 27, 2024

Karantinlə əlaqədar dəyən ziyanın ödənilməsi qaydası müəyyənləşib

Karantin və ya məhdudiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar dəyən ziyanın ödənilməsi qaydası müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanlar, onlardan alınan məhsullar və xammal təhlükəlilik dərəcəsindən asılı olaraq qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (götürülməsi, məhv edilməsi, zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə bağlı qərar qəbul edilməsinə münasibətdə) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (götürülməsinin, məhv edilməsinin, zərərsizləşdirilməsinin, emalının və ya təkrar emalının təmin edilməsinə münasibətdə) tərəfindən götürülməli, məhv edilməli və ya qanunla təsdiq etdiyi qaydaya uyğun olaraq götürülmədən məcburi zərərsizləşdirilməli, emal və ya təkrar emal edilməlidir.

Son xəbərlər
Digər xəbərlər