“Karasu” şirkəti vergi borcuna görə Neft Fonduna ödənişlər edə bilmir

0

2018-ci il ərzində yataqlar üzrə faktiki daxilolmaların təhlili zamanı məlum olmuşdur ki, “Mişovdağ” və “Kəlaməddin” yatağı üzrə 2908,6 min manat proqnoza qarşı ümumiyyətlə daxilolma olmamışdır.

Bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyində bildirilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Rəydə qeyd edilib ki, “Mişovdağ” və “Kəlaməddin” yatağında 2018-ci il üzrə hasilat proqnozda nəzərdə tutulmuş 0,71 milyon barrel səviyyəsinə qarşı 0.7 milyon barel təşkil etmişdir (98%). Buna baxmayaraq bu yataq üzrə Neft Fonduna vəsait daxil olmamışdır. Belə ki, 2009-cu ilin illik vergi hesablanmasına əsasən “Mişovdağ” və “Kəlaməddin” yatağının operatoru olan “Karasu” şirkətinin (Karasu Operating Company) vergi öhdəliyi yaranmış, lakin buna baxmayaraq “Karasu” əməliyyat şirkəti dövlətin payına düşən mənfəəti Fonda ödədiyi üçün vergi borcunun bağlanması üçün ilin sonuna kifayət qədər vəsaiti qalmamışdır. 2009-cu ildən etibarən dövlətin payına düşən mənfəət layihə üzrə yaranan vergi öhdəliklərinin ödənilməsinə kifayət etmədiyi üçün, Fonda ödənişlər edilməmişdir.