8 C
Baku
Sunday, November 17, 2024

“Karkas” ASC-yə yeni direktor təyin ediləcək

“21” iyun 2024-cü il tarixində yerli vaxtla saat 11.00-də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən inzibati binada “Karkas” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı çağırılır.

Banker.az xəbər verir ki, “Karkas” ASC-nin “21” iyun 2024-cü il tarixli səhmdarların növbəti illik ümümi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil olunmuşdur:

1. “Karkas” ASC-nin illik ümumi yığıncağının keçirilmə qaydasının təsdiq edilməsi;

2. “Karkas” ASC-nin 2023-cü il üzrə illik maliyyə hesabatının və mühasibat balansını, mənfəət və zərər hesablarının təsdiq edilməsi;

3. “Karkas” ASC-nin direktorunun tutduğu vəzifədən azad olması ( verdiyi ərizəsinə əsasən)

4. “Karkas” ASC-nin yeni direktorunun seçilməsi.

5. “İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransı” nın 29-cu sessiysının ( COP 29) 2024-cü il 11-24 noyabr tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatının “Karkas” ASC-ə ünvanladığı müraciət və keçiriləcək ( COP29 ) tədbirlə bağlı “Karkas” ASC-nin mülkiyyətində olan binanın fasadının memarlıq dizayn həlli layihəsinə uyğun təmir bərpa işlərinin aparılması üçün “Karkas” ASC-nin vəsaiti hesabına 44803 manat pulun xərclənməsi.

6. Qarabağ Dirçəliş Fonduna yardım göstərilməsi üçün “Karkas” ASC-nin vəsaitindən pulun ayrılması.

“Karkas” ASC-nin “21” iyun 2024-cü il tarixli səhmdarların növbəti illik ümumi yığıncağı üzrə materiallarla Siz və ya Sizi təmsil edən səlahiyyətli nümayəndəniz hər iş günü səhər saat 10.00-dan – axşam saat 17.00-dək (saat 13.00-14.00 nahar fasiləsi istisna olunmaqla) Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən “Karkas” ASC-nin inzibati binasında şəxsən tanış ola bilərsiz.

Son xəbərlər
Digər xəbərlər