12 C
Baku
Thursday, March 28, 2024

Karlos Qon 2-ci dəfə həbsxanadan ev dustaqlığına buraxılır

Tokionun əyalət məhkəməsi hazırda həbsdə olan “Nissan”, “Mitsubishi” və “Renault” avtokonsernlərinin keçmiş rəhbəri Karlos Qonun girov müqabilində azadlığa buxılmasına qərar verib.

 Qon bu gün ərzində 500 milyon yen (4,5 mln. ABŞ dolları) həcmində qirov müqabilində həbsxanadan ev dustaqlığına buraxılacaq və ona ölkəni tərk etmək qadağan ediləcək.

Qeyd edək ki, martda Qonu artıq bir dəfə 1 milyard yen (9 mln. dollar) müqabilində ev dustaqlığına buraxıblar. Lakin aprelin 4-də keçmiş top-menecer əlavə ittiham üzrə yenidən həbs edildi.

Xatırladaq ki, 2018-ci il noyabr ayının sonlarında “Nissan” “Mitsubishi” və “Renault” avtokonsernlərinin başçısı Karlos Qon Yaponiya maliyyə qanunvericiliyinin pozulmasında, konkret olaraq vergidən yayınmaq üçün şəxsi premiyalarını bilərəkdən aşağı göstərməkdə şübhəli bilinərək həbs olunub.

Tokio prokurorluğu Karlos Qonla yanaşı Direktorlar Şurasının üzvü Qreq Kellini də həbs edib. Belə ki, 2011-2015-ci iilər ərzində hər iki şəxs vergidən yayınmaq məqsədi ilə öz premiyaları haqda məlumatları təxminən 50 mlrd. yen (446,4 mln. ABŞ dollarına yaxın) az göstəriblər.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər