15 C
Baku
Saturday, October 19, 2024

Karlos Slim şəxsi neft şirkətini yaratdı

Reuters agentliyinin verdiyi məlumata görə meksikalı maqnat və milyarder Karlos Slim özünün şəxsi neft şirkətini yaradıb. Onun tərəfindən yaradılan şirkət Carso Oil&Gas adlandırılıb. Şirkət milyarderin iki digər aktivinin — Carso Infraestructura, Construccion y Perforacion və Condumex Perforaciones-in birləşdirilməsi yolu ilə yaradılıb. Agentliyin verdiyi məlumata görə, səhmdarlar şirkətlərin birləşməsini 17 fevral tarixində təsdiq etmişlər.

Yeni yaradılmış şirkətin nəşr edilmiş məlumatına görə, onun aktivləri 17,7 milyon səhmə yerləşdirilmiş 3,5 milyard peso (təqribən 230 milyon dollar) təşkil edir.

Son xəbərlər
Digər xəbərlər