26 C
Baku
Friday, April 19, 2024

Karlos Slimin biznes haqqında fikirləri

Dünyanın ən zəngin insanının risk, səhv, qürur, iş adamlarının siyasətçilərdən üstünlüyü və uğur haqqında düşüncələri

  • Biznesmen sadəcə bizneslə məşğul ola bilməz. Sizin daha çox maraqlarınız olmalıdır. Həyat sizə tanımaq, öyrənmək, hiss etmək və yaşamaq uşun daha çox imkanlar verir. 
  • Mən hesab edirəm ki, biznesmen və sahibkarların resursların idarə edilməsi sahəsində daha çox təcrübələri vardır, ona görə də biz problemləri daha asan həll edə bilirik, nəinki siyasətçilər.
  • Siz digərlərinin fikri ilə hesablaşaraq yaşadıqca, canlı ölüsünüz. Mən insanların məni necə xatırlayacağı haqqında düşünərək yaşamaq istəmirəm.
  • Siz gələcəyi aydın şəkildə görməlisiniz, bundan ötrü isə keçmişi yaxşı bilmək lazımdır.
  • Çalışın ki, böyük deyil, xırda səhvlər edəsiniz.
  • Mənə elə gəlir ki, mən heç zaman riskə getməmişəm. Bəlkə də lap azacıq haradasa olub, amma mən risk etməyin pərəstişkarı deyiləm. Düşünürəm ki, mən kifayət qədər konservativ insanam.
  • Biznesdə çevik (zirək, qıvraq və uyuşan) olmaq lazımdır.
  • Mən inanmıram ki, siz hər hansı bir biznesdə 15-16 saat işləməli olasınız, belə olduqda sizin özünüzə, öz ailənizə və daha başqa şeylərə ayırmağa vaxtınız qalmayacaq.
  • Biznesmen, yalnız müvəqqəti idarə edə biləcəyi bir var-dövlətin yaradıcısıdır.
  • Mən əminəm ki, özəl sektor pul bağışlamalı deyil, o dəstək göstərməlidir, çünki xeyriyyəçilik yüzlərlə insanın yoxsulluq problemini həll edə bilməz. (Karlos Slim yeni iş yerlərinin yaradılmasını xeyriyyəçiliyə ianə etməkdən daha üstün tutur -redaktorun qeydi).
  • Mənim ideyam sadədir: investisiya etmək, yenidən investisiya etmək, təkrar investisiya etmək.
  • İnvestorlar və iş adamları (sahibkarlar) arasında fərq mövcuddur: iş adamı aktiv şəkildə yaradır, investor isə passiv şəkildə investisiya edir.
  • Emiqrantlar çox ağır işlərdə çalışmaq məcburiyyətində qalır, amma onlar daxilən çox güclüdür. Onlar güclü olmağa məcburdur. Mən dünyanın istənilən yerindən gəlmiş emiqrantlara hörmətlə yanaşır və onlara heyran oluram.
  • Sizin edə biləcəyiniz ən yaxşı investisiya yeni iş yerinin yaradılmasıdır… bununla da siz kasıb və kənarda qalmış insanları bazar iqtisadiyyatına dartıb gətirmiş olacaqsınız.
  • Uğurlu şəxsi həyat səni daha güclü edir.
  • Mənə elə gəlir ki, iş (çalışmaq) – təkcə sosial məsuliyyət deyil, bu həm də emosional tələbatdır.
  • Uğura aparan yol o zaman yaranır ki, siz şəxsi dəyərlərinizi aydın dərk edir və onlar ilə harmoniyada yaşayırsınız.
  • Tərəddüdə uğramayan, sarsılmaz və təmkinli optimizm həmişə öz bəhrəsini verir.
  • Mən bu günə qədər çoxlu sual verirəm
  • Mənə elə gəlir ki, böyük miqdarda sərvət yaratmaq, sonra da onu ölümündən sonra bəlli olmayan bir şeyə qoyub getmək, əsl ağılsızlıqdır. Siz yaşadığınız müddətdə öz sərvətinizi biznes sərhədlərindən kənarda istifadə etməlisiniz.
  • Siz biznesdə məmnuniyyət gözləməyin, çünki bu işdir və siz işləməklə məşğulsunuz.
  • Nəyəsə görə qürur yaşamaq – şəxsi, daxili bir duyğudur. Bu, nə etiraf, nə də alqışlar deyil. Bu sizin etdiyiniz nəyəsə görə yaşadığınız daxili fəxarət hissidir.
  • Mən düşünürəm ki – uğur qazanılmış pul, yaradılmış şəxsi kompaniya və ya parlaq peşəkarlıq səviyyəsi ilə ölçülmür. Uğur sizin ailəniz və dostlarınızdır. Bu nəzər nöqtəsindən baxdıqda özümü kifayət qədər uğurlu və müvəffəqiyyət qazanmış insan hesab edirəm.

Mənbə: Forbes

Son xəbərlər
Digər xəbərlər